Azər Badamov: “Sammitdə dünyaya yeni çağırışlar səsləndiriləcək” AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda Dünya Humanitar Sammitində iştirakını yüksək dəyərləndirirəm. Çünki, Azərbaycan dəfələrlə humanitar sammitlərə ev sahibliyi edib. Həm də ölkəmizin paytaxtında dünyada mövcud humanitar problemlərin həlli istiqamətində çoxlu müzakirələr və çağırışlar olmuşdur. Bu istiqamətdə Azərbaycanın böyük təcrübəsi vardır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, bu gün Türkiyədə keçirilən Sammitdə Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı Sammitin işinə böyük töhfə vermiş olacaq: "Azərbaycanda düşmən işğalına məruz qalmış ərazilərdən qaçqın düşmüş insanların hümanitar problemlərini dövlət öz gücü hesabına aradan qaldırır və yüksək tolerantlıq siyasəti həyata keçirir. Hətta ölkəmizdə 2016-cı il "Multikulturalizm ili" elan olunaraq böyük multukultural siyasət həyata keçirir. Amma çox təəsüflər olsun ki, dünyada baş verən terrorlar, müharibələr, ədalətsizliklər sayəsində humanitar problemlər günü –gündən artır".
A.Badamov əlavə edib ki, ona görə də 60-dan çox ölkə rəhbərinin və rəsmilərinin iştirak etdiyi, Türkiyə və BMT-nin təşkilatçılığı ilə keçirilən bu Sammitdə dünyada baş verən faciələr və humanitar problemlər haqqında geniş müzakirələr aparılacaq, dünyaya yeni çağırışlar səsləndiriləcək: "Xüsusilə, dünyada sülh və əminamanlığın yaradılması, insan faktoruna dəyər verilməsi və dövlətlərin ədalətli mövqedən çıxış etməsi, baş verən humanitar fəlakətlərin aradan qaldırılması ilə bağlı təkliflərin səsləndirəcəyi baxımından Türkiyə Humanitar Sammitini çox dəyərli və əhəmiyyətli beynəlxalq tədbir hesab edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB