ABŞ-Səudiyyə Ərəbistanı arasında "11 sentyabr" GƏRGİNLİYİ

ABŞ-Səudiyyə Ərəbistanı arasında "11 sentyabr" GƏRGİNLİYİ

ABŞ senatı 11 sentyabr 2001-ci ildə baş vermiş terror aksiyaları zamanı həlak olmuş insanların ailələrinə Səudiyyə Ərəbistanı hökumətinə qarşı ittiham iddiası ilə çıxış etmələrinə dair qanun qəbul edib. SİA "Associated Press"ə istinadən xəbər verir ki, bundan öncə ABŞ Konqresinin yuxarı palatası "Qanun terrorçuluğu himayə edənlərə qarşı" qətnaməsini qəbul edib. Baxmayaraq ki, rəsmi Ər-Riyad qətnamənin qəbul ediləcəyi təqdirdə ABŞ iqtisadiyyatından milyardlarla dollarlar çıxaracağını bəyan etmişdi.

Yeni qanun həlak olmuş şəxslərin ailələrinə Amerika məhkəmələri vasitəsilə Səudiyyə hökumətinin terror aktına aid ola bilməsi ehtimal edilən istənilən nümayəndəsinə qarşı ittiham irəli sürmək hüququna malikdir.

Bu arada "Ağ ev" sözügedən məsələ ilə bağlı razılığını nümayiş etdirmir. Belə ki, Barak Obama administrasiyası qanunun senat tərəfindən də qəbul ediləcəyi zaman ona qarşı veto qoyacağını bəyan etmişdi. Rəsmi Vaşinqton bunu belə izah edir ki, əks tədqirdə sərhədlərdən kənarda olan amerikalıların həyatlarına təhlükə yarana, o cümlədən onlara qarşı hüquqi ölçülər götürülə bilər.

O da qeyd edilir ki, sözügedən qanun layihəsinə səs verənlərin əksər çoxluğu demokratlardır ki, onların bu seçimi həmin partiyanın maraqlarını ifadə edən Barak Obamanı çətin vəziyyətə salıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə