Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə Şəki şəhərində "Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası" mövzusunda zona müşavirəsi keçirilib. SİA-nın xəbərinə görə, müşavirədə YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov, YAP Qadınlar Şurasının sədr müavini, millət vəkili Sevinc Fətəliyeva, millət vəkili Kamilə Əliyeva, Şəki, Zaqatala, Balakən, Oğuz, Qax, Qəbələ rayonlarının Qadınlar Şurasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şəki şəhər təşkilatının sədri qonaqları salamlayaraq tədbirin önəmindən danışıb. Onun sözlərinə görə, ölkəmizdə bu cür tədbirlərin keçirilməsi mövcud olan multikultural dəyərlərimizin təbliğində böyük əhəmiyyətə malikdir: " Bu dəyərləri daha geniş şəkildə təbliğ etməli, yeni nəsillərə ötürməliyik".
Müşavirədə çıxış edən YAP Qadınlar Şurasının sədr müavini, millət vəkili Sevinc Fətəliyeva bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi: "Ulu Öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Millət vəkili Kamilə Əliyeva söyləyib ki, Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq məfkurəsini, tolerantlığı bir yerə toplayıb sistemləşdirmək və dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir: "Bu istiqamətdə biz qadınların üzərinə də böyük məsuliyyət düşür. Biz qadınlar bu cür dəyərləri daha geniş şəkildə təbliğ etməli, işlədiyimiz, olduğumuz yerlərdə multikultural dəyərlərin vacibliyini qeyd etməliyik. Azərbaycanda hər zaman multikulturalizm olub. Bütün xalqların nümayəndələri ölkəmizdə tolerantlıq mühitində yaşayıblar".
Tədbirdə həmçinin YAP Şəki şəhər təşkilatının Qadınlar Şurasının sədri, Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, YAP Zaqatala rayon təşkilatının Qadınlar Şurasının sədri, Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, Qax rayon təşkilatının Qadınlar Şurasının sədri Sevil Əsgərova, Qəbələ rayon təşkilatının Qadınlar Şurasının sədri Arifə Bayramova, YAP Balakən rayon təşkilatının Qadınlar Şurasının üzvü Şəfəq Hacıyeva, YAP Oğuz rayon təşkilatının Qadınlar Şurasının üzvü Təranə Zəkəriyeva çıxış ediblər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB