Sarkisyan Vyanaya gedir

Ermənistanın prezidenti Serj Sarkisyan mayın 16-da Avstriyanın paytaxtı Vyanaya şəhərinə işgüzar səfərə gedəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə bir sıra işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı növbəti danışıqların aparılması planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə