Mayın 17-də Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının beşinci iclası keçiriləcək. Milli Məclisin deputatı Cavanşir Feyziyev tədbirdə iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, iclasda Kiber cinayətkarlığa qarşı mübarizə, üzv ölkələr arasında hüquqi çərçivənin və əməkdaşlığın inkişaf etdirilməsinə dair hesabat məruzəsi və bir sıra digər məsələlər müzakirə olunacaq.
Səfər mayın 19-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB