Məzahir Pənahov: “12 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib” YENİLƏNİB
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda MSK-nın 3 may 2016-cı il tarixli iclas protokolu təsdiq olunub.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, indiyədək 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən bir nəfərin namizədliyi qeydə alınıb.
O bildirib ki, bu, hakim Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur.
MSK sədri bildirib ki, indiyədək 12 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: "Onlardan 4 nəfəri imza vərəqələrini dairə seçki komissiyasına təqdim edib".
Sonra Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılıb. MSK katibi Arifə Muxtarova deyib ki, 41 409 bülleten çap olunacaq. Bülletenlər Milli Məclis Aparatının mətbəəsində çap olunacaq.
MSK-da Real Hərəkatının sədri İlqar Məmmədovun da müraciətinə baxılıb. Müraciəti İ.Məmmədovun səlahiyyətli nümayəndəsi Natiq Cəfərli edib. 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən İ.Məmmədovun səlahiyyətli nümayəndəsi N.Cəfərlinin təqdim etdiyi müraciətdə bildirilib ki, namizədliyinin irəli sürülməsinin ləğv edilməsi qərarı ona təqdim edilməyib.
MSK-nın Ekspret Qrupunun üzvü Ramiz İbrahimov isə bildirib ki, İ.Məmmədovun səlahiyyətli nümayəndəsi imza vərəqələrini 8 may 2016-cı il tarixdə dairə seçki komissiyasına ağ formada təqdim edib: "Bununla bağlı dairə seçki komissiyası səlahiyyətli nümayəndəyə arayış verib. Eyni zamanda, proses aktlaşdırılıb. Ona görə də şikayət əsassız hesab olunur".
MSK sədri bildirib ki, İlqar Məmmədov barəsində həbs qərarı var, ona görə də seçkilərdə iştirak edə bilməz.
Sonda cari məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB