"1988-ci ildən indiyə qədər hərbi cinayətlərlə əlaqədar 296 erməninin təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb. Mən ümid edirəm ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesi təşkil olunacaq. Bununla bağlı təqdim edəcəyimiz bütün sənədlər hazırdır". SİA-nın xəbərinə görə, bu barədə Hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" mövzusunda keçirilən dinləmələr zamanı məlumat verib.
"Aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələri şiddətli atəşə tutulub. Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub. Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib. Bununla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq aparılır. Eyni zamanda, 26-28 aprel tarixində Tərtər rayonun Əskipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış bir tor mərmisi aşkar edilib. Onun zəhərli, 122 mm çaplı tor mərmisi olduğu müəyyənləşdirilib. Cinayət işlərinin istintaqı davam etdirilir"- deyə, polkovnik qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB