Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının və Baltik Nazirlər Şurasının təşkil etdiyi konfransda iştirak etmək üçün mayın 12-dən 14-dək Latviyanın Riqa şəhərində səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, "Baltik regionunda təhlükəsizlik: hazırki vəziyyət və perspektivlər" mövzusuna həsr olunmuş konfransda regionda medianın gücləndirilməsi, hibrid təhlükələrə qarşı mübarizə, NATO və Avropa İttifaqı arasında strateji əməkdaşlığın Baltik perspektivi barədə müzakirələr aparılacaq.
Əli Məsimli gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, qeyd və təkliflərini bildirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB