Stokholmda keçirilən "Eurovision-2016" müsabiqəsinin finala çıxmaq mərhələsində Ermənistan iştirakçısının tanınmayan "dqr" bayrağını qaldırması cəzasız qalmayacaq. Bu ölkəyə qarşı müvafiq olaraq sanksiyalar veriləcək ki, onlar kifayət qədər ciddi ola bilər. SİA xəbər verir ki, bu barədə İsveçin "Expressen" nəşri yazır. Müsabiqənin meneceri Siets Bakker adıçəkilən nəşrə açıqlamasında deyib ki, Ermənistana qarşı cərimə cəzası, yaxud da rəsmi xəbərdarlıq veriləcək. Əgər yenidən həmin hal təkrar olunsa, bu ölkə müsabiqədən kənarlaşdırıla bilər.
"Biz ermənilərin nümayəndə heyəti ilə danışıqlar aparacağıq. Hələlik, onları müsabiqədən kənarlaşdırmaq barədə qərar verilməyib" -deyə, Bakker bildirib. Onun sözlərinə görə, Ermənistan finala keçməyə müyəssər olsa belə, EBU bu ölkə barədə hər hansı bir qərarını verməlidir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB