"Azərbaycanda elə sahibkarlar var ki, yoxlamaların dayandırılmasından sui-istifadə edərək, keyfiyyətsiz məhsul istehsal edirlər". SİA-nın məlumatına görə, bunu bugün jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Sədrin sözlərinə görə, bəzi iş adamlarından məhsulların keyfiyyəti ilə bağlı bizə şikayətlər daxil olur: "Yanacaqdoldurma məntəqələri, ərzaq məhsullarının istehsalı olə yanaşı, bütün sahələrdən şikayətlər daxil olur. Biz də bunu araşdırıb, mətbuata məlumat veririk".
Hesablama Palatasının yoxlamalarında ən çox qanun pozuntusuna yol verən qurum kimi rəhbəri olduğu komitənin adının çəkilməsi barədə məlumatlara münasibət bildirən R. Həsənov bunları deyib: "Hesablama Palatası bizdə 2014-cü ildə yoxlama aparıb. O zaman heç bir pozuntu qeydə alınmayıb. Mən bilmirəm bu məlumatlar harada gedib, belə bir hal yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB