Prezident Ulu Öndərin məzarını ziyarət etdi

Prezident Ulu Öndərin məzarını ziyarət etdi

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür. SİA-nın xəbərinə görə, bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub. Prezident həmçinin akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib.

Qeyd edək ki, Dövlət başçısı ilə yanaşı, ölkənin dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə