Mütəllim Rəhimli: “Mehriban Vəzir “Milli Şura” da təmsil olunan şəxsləri daha yaxşı tanıyır” MÜSAHİBƏ

Mütəllim Rəhimli: “Mehriban Vəzir “Milli Şura” da təmsil olunan şəxsləri daha yaxşı tanıyır” MÜSAHİBƏ

Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimlinin SİA-ya müsahibəsi

- Mütəllim bəy, "Milli Şura" daxilinda ziddiyyətlər yeni istefaların, qopmaların baş verməsi ilə müşayiət olunur. Mehriban Vəzir də Əli Kərimli və Cəmil Həsənlinin hədəfinə çevrilənlərdən oldu və o "Milli Şura"dan çıxarıldı. Sizcə, bu qopmalar nəyi dəyişəcək?

- "Milli Şura" daxilində baş verən hadisələr bir zərurətin nəticəsidir. Çünki bu qurum yarananda tərəfdarlarına və üzvlərinə çoxsaylı vədlər vermişdi. Amma zaman keçdikcə həm "Milli Şura"da təmsil olunanlar, həm də bu qurumu kənardan müdafiə edənlər gördülər ki, verilən sözlər yerinə yetirilə bilmir. Ona görə də, "Milli Şura" daxilində zaman-zaman gərginliklər yaranmağa başladı. Bu gərginliklər nəticəsində bir çox üzvlər könüllü olaraq bəyanat verib "Milli Şura"nı tərk etdilər. Bəziləri isə öz narazılıqlarını daxildə ifadə etməyə başladılar. Daxildə isə öz narazılıqlarını bildirlənlər "Milli Şura"nın bəzi təmsilçiləri tərəfindən təqib edilməyə başlanıldı. Bu təqibin də əsas səbəbi ondan ibarət idi ki, qurum haqqında mənfi obraz və imic cəmiyyətə təqdim olunmasın. Artıq bu proses son vaxtlar bir az da genişlənərək kütləvi hal alıb. Bir sözlə, "Milli Şura" adlı bu qurum kifayət qədər qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilmədiyinə görə, dağilmaq istiqamətinə doğru gedir. Qurumu tərk edənlər və həmin qurumun daxilində qalaraq daxili islahatların aparılmasını istəyənlərində hərəkətləri bunu sübut edir.

- Məlumatlara görə, bəzi üzvülər Əli Kərimlinin iradəsi əsasında çıxarılır. Bu o deməkdir ki, Cəmil Həsənlinin sədrliyi formal xarakter daşıyır?

- Əslində bu "Milli Şura" daxilində balansın pozulması deməkdir. Ümimiyyətlə, heç bir qurumda şəxsi iradə əsasında məsələ həll olunmamalıdır. Əgər məsələlər şəxsi iradəyə söykənərək həll olunursa, həmin qurumun prespektivliyi və gələcəyi ola bilməz. Yəni bir şəxs istədiyini həyata keçirəcək özünə yaxın olanları və olmayanları bölgüsünü aparacaq. Bu baxımdan da, şəxsi iradə əsasında həll olunan qurumlar, o cümlədən "Milli Şura" mütləq dağılmağa məhkumdur.

- Mehriban Vəzir iddia edir ki, "Milli Şura"nın Kordinasiya Mərkəzində təmsil olunanlar ləkəli şəxslərdir. Sizcə, bunu necə başadüşmək olar?

- Bəzən uzun müddət bir təşkilat daxilində olan şəxslər ayrıldıqdan sonra bir-birinə qarşı çox ciddi ittihamlar irəli sürürlər. Bəzən bu ittihamları da başa düşülmür. Bunlar bir yerdə olduqları zaman bir-birini kifayət qədər yaxından tanıyırlar. Yəni yaxşı və pis mənada, eləcə də bir-birlərinin müsbət və mənfi cəhətlərini dərindən bilirlər. Bu baxımdan da, ayrılandan sonar özləri haqqında bildikləri mənfi xüsusiyyətləri qabardırlar. Mehriban Vəzirin "Milli Şura"nın kordinasiya mərkəzində ləkəli şəxslərin təmsil olunması ilə bağlı iddilar irəli sürməsi məsələsinə gəlincə isə Mehriban Vəzir "Milli Şura" da təmsil olan şəxsləri daha yaxşı tanıyır və bu baxımdan onun dedikləri nəyə isə söykənir.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə