Siyavuş Novruzov: "Türkiyə ilə viza rejimi ləğv edilsin"

Siyavuş Novruzov: "Türkiyə ilə viza rejimi ləğv edilsin"

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Türkiyə və Azərbaycan arasında viza sisteminin ləğv edilməsi və ya uzadılması təklifi ilə çıxış edib. SİA-nın xəbərinə görə, S. Novruzov bildirib ki, son hadisələrdən göründü ki, Türkiyə həm diplomatik, həm də hərbi sahələrdə Azəraycanın ən böyük dəstəkçisidir və qardaş ölkə dəstəyini bundan sonra davam edəcəyini bəyan etdi.

"Bununla da Türkiyə Ümumilli Liderin söylədiyi "bir millət iki dövlət" şüarını bir daha təsdiq etmiş oldu. İndiki şəraitdə hesab edirəm ki, viza rejiminin ləğv olunması və ya müddətinin uzadılması vacib olan amillərdən biridir. Xüsusilə Naxçıvan Muxtar Respublikasını qeyd etmək istəyirəm. Bilirsiniz ki, Naxçıvan blokada şəraitindədir və oradan Türkiyəyə gedib işləmək istəyənlər çətin vəziyyətdə qalırlar. Naxçıvandan Türkiyəyə işləməyə gedənlər hər 3 aydan bir sərhədi keçmək məcburiyyətindədirlər. Bu, onların orada qazandıqları pulun yola sərf edilməsinə səbəb olur. Məsələni bütövlükdə deyil, hissə-hissə həll etmək mümkündür. Ayrı-ayrı dövlətlərdə də bu cür təcrübələr var. Gürcüstan Türkiyə ilə viza sistemini ləğv edib. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvanda viza sistemi ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Bu gün Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və ya əksinə azərbaycanlıların bir çoxu Türkiyədə iş sahibidirlər. Onların işlərinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq"- deyə, S. Novruzov qeyd edib.

Təklifə cavab olaraq Spiker Oqtay Əsədov məsələ zərində iş aparıldığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə