Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. SİA-nın xəbərinə görə, bugünkü iclasın gündəliyinə 16 məsələ daxil edilib.
Deputatlar Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, R.Ə.Ağayevin Şirvan apellyasiya məhkəməsinin hakimi təyin edilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında" Sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" Protokolun təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinin müzakirə edəcəklər.
Bundan əlavə iclasda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB