Mehriban Vəzir: "Milli Şurada ikihakimiyyətlilikdir" AÇIQLAMA

“Cəmil Həsənli də, Əli Kərimli də söz sahibidir”
Mehriban Vəzir: "Milli Şurada ikihakimiyyətlilikdir" AÇIQLAMA

"Mən xəbərim olmadan şuradan xaric edilmişəm. Məni təəccübləndirən məqamlardan biri izahatın istənilməməsi oldu. Bu fikirləri SİA-ya Mehriban Vəzir "Milli Şura"dan çıxarılması ilə bağlı danışarkən deyib.

Şuradan çıxarılması haqda qəzetlərin birindən öyrəndiyini dilə gətirən M.Vəzirli onunla məsələ ilə bağlı əlaqə saxlanılmadığını deyib: "Orada təmsil olunan şəxslər mənim şuradan çıxarılmağım barədə qərar veriblər. Lakin bu günə qədər mənə zəng edib heç bir məlumat verməyiblər. Bu haqda bu gün qəzetlərin birindən öyrənmişəm".

M.Vəzir qarşı tərəfin onu hansısa qurumların sifarişini yerinə yetirməkdə günahlandırılması məsələsinə də toxunub: "Bu ittihamlar kökündən yanlışdır. Mən başqa söz işlətmək istəmirəm. Haqsız iddia irəli sürmək olmaz. Çox təəssüf ki, insanları dili sümüksüzdü, bəziləri çəkinmədən hər şeyi danışa bilir. Lakin mən həmin insanlardan deyiləm və mənə qarşı əsassız ittihamlarla çıxış edənlərə heç nə deyə bilmərəm".

O bildirib ki, Cəmil Həsənli ilə yanaşı AXCP sədri Əli Kərimli də "Milli Şura"da söz sahibidir: "Əli Kərimli şuranın rəhbərliyinə aid adamdır. Qərarlar həm Cəmil Həsənli, həm də Əli Kərimli tərəfindən verilir. Onların hər ikisi də Şurada söz sahibinə malikdirlər".

Bundan sonrakı fəaliyyəti haqqında danışan M.Vəzir qeyri-hökumət təşkilatı olduğunu və hazırda kitab yazmaqla məşğul olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə