“Razılaşmanın olmadığı yerdə başçı olmaq istəmirəm” Davudoğlu

“Razılaşmanın olmadığı yerdə başçı olmaq istəmirəm” Davudoğlu

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) idarəetmə orqanının iclasından sonra mətbuat qarşısına keçərək açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Əhməd Davudoğlu deyib: "Son 25 ildir ki, modern tarixə keçid dövründəyik. Bu 25 illik tarixdə alim, Baş nazir olmaq mənim üçün ən böyük qürur vəsiləsi olub. Allah bu xidmətlərimizin vəsiləsini versin. 2014-cü ilin 296 avqustunda mənə bir əmanət verildi. Orada etdiyim çıxış mənim üçün bir şüara çevrildi. Bu gün dönüb geriyə baxdıqda bu şüarlardan kənara çıxmadığımı və onların həyata keçməsi üçün canla-başla çalışdığımı demək istəyirəm. Qənaətimə görə, bu gün fikilərimizi millətimizlə paylaşmalıyıq. 20 aylıq Baş nazirlik fəaliyyətim 3 müddətə ayrılır. Bu müddət ərzində ən mühüm məsələ partiyamızın birliyinin mühafizəsi idi. O gündən bu günə qədər bir dənə də istefa olmadı, bu digər partiyalara meydan oxumaq demək idi. Hökumət dövrümdə əsas hədəfim ölkəmizi rahatlı seçkiyə götürmək idi. Hökumətimiz 7 iyunda seçkiyə rahatlı getdi. Baş nazir olduğumdan bəri qarşımdakı məqsədlərdən biri 6-7 sentyabr Kobani hadisələrinin öhdəsindən gəlmək, bununla bağlı təhdidlərlə əlaqədar əhatəli tədbirləri həyata keçirmək idi. 20 aylıq Baş nazirlik dövrümdə iqtisadi məsələlərdə, investisiyalarda geriləmə olmayıb. İqtisadiyyatımız o zaman elan etdiyimiz proqram çərçivəsində inkişaf edib. 20 aylıq fəaliyyətimin ikinci müddəti ən kritik olub. Bu 7 iyun 1 noyabr müddətini əhatə edir. Partiyamızın Milli Məclisdə əksəriyyəti ala bilməməsi bir çox çaqqalları ortaya çıxarmışdı. Partiyamızda "məğlub oluruq" qorxusu vardı. O zaman partiya üzvlərimizə başınızı dik tutun, heç bir üzvümüzün başını aşağı əyməsini istəmirəm dedim. Atılacaq addımları gözdən keçirdik. 7 iyunda başımızı yerə əyəcək heç nə yaşanmadı. O zaman burada söz vermişdim ki, ölkəmi 1 saniyə bilə hökumətsiz buraxmaram. Bununla da xaos gözləyənlərin ümidlərini boşa çıxartdıq.

İŞİD və digərlərinin ölkəmizə hücumları ölkəmizi haradasa böyük bir savaşla üz-üzə qoydu. Madam ki, Türkiyəyə müharibə elan edilmişdi, ölkəmizin bütün vadiləri, şəhərləri, kəndləri terrordan təmizlənənə qədər mübarizə etməliydik. Şükür ki, bu günə qədər güzəştə getmədik, inşallah bu iş AKP iqtidarları tərəfindən davam edəcək. Ankarada terror hücumlarına baxmayaraq ölkə noyabrın 1-dəki seçimlərə rahatlıqla getdi. Yeni dövrə qədəm qoyduq. İlk qərarımızı yaxın 3 ayda bütün vədlərimizi yerinə yetirməkdən ibarət idi. Bugünkü hesabatımda verdiyimi vədləri yerinə yetirdiyimizə görə qürur duyuram.

"Cənab Prezident "mən əmanətçi Baş nazir istəmirəm" demişdi

"Hörmətli başçımız Baş nazir vəzifəsini mənə həvalə etdikdə güclü rəhbər güclü Baş nazir prinsipi keçərli idi. Mən də bu prinsipə uyğun olaraq gecə-gündüz çalışdım. Cənab Prezident "mən əmanətçi Baş nazir istəmirəm" demişdi. Bu düzgün hərəkət idi. Mən əmanətə sahib oldum lakin onun haqqını vermək üçün çalışdım. İlk məqsədim partiyamızın qorunması idi".

"Konqresdə namizəd deyiləm"

Mayın 22-də partiyamızın fövqəladə qurultayına getmək qərarı aldım. Mənə sualı oluna bilər ki, seçkilərdə məğlub olan müxalifət liderləri öz yerlərini qoruduğu zaman nəyə görə ay bundan əvvəlki seçimlərdə 49.5 faiz topladığım halda, qurultaya namizəd kimi qatılmıram? Hər hansı bir müvəffəqiyyətsizlik və ya peşmanlıq duyğusundan deyil. Vəzifəmi layiqincə yerinə yetirmişəm. Niyə belə qərar aldım? Həyat insana çox şeyi öyrədir, indiyə qədər heç bir mövqe arxasında qaçmadım. Bu gün də heç bir tələbim yoxdur. Razılaşma əsasında Baş nazir seçildim. Razılaşmanın olmadığı yer də ümumi başçı olmaq istəmirəm. Mənim üçün ən güclü insan etdiyinə əmin olandır. İnanmadığım heç nəyi etmədim, inandığımdan isə geri çəkilmədim. Mən yola çıxdığım insanların mənimlə olmağını istədim. Bunu istəmədiklərində demələrini üstün tutdum. Prezidentimizlə birgə aparılan məsləhətləşmələr nəticəsində AKP-nin birliyi naminə Baş nazirin dəyişdirilməsi qərarını doğru hesab edirəm. Bu səbəbdən önümüzdəki qurultayda baş nazir vəzifəsində namizəd kimi çıxış etməyəcəm. Bu qərar müzakirə edilməməlidir. Çünki AKP-nin taleyi təkcə partiyanın deyil, Türkiyənin taleyidir. Prezidentlə aramızda insani münasibətlər var və kimlərinsə bu münasibətləri şərh etməsinə icazə vermirəm. Partiyamız konqresi "vida qurultayı" adlandırırdı, lakin mən onu "vəfa qurultayı" adlandırıram. Bu vəfanı son nəfəsimə qədər sürdürəcəm. İndiyədək məndən prezidentimizin əleyhinə bir kəlmə eşidilmədi və eşidilməyəcək də. Onun qüruru, ailəsinin qüruru mənim qürurum, mənim ailəmin qürurudur".

Bütün xəbərlər Facebook səhifəmizdə