Suriya ordusunun hərbçiləri və könüllülər dəstələri Hələb şhərinin şimal-qərbindəki əraziləri terrorçulardan təmisləməyə müvəffəq olublar. SİA xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb. Qeyd olunur ki, terrorçu qruplaşmaları hökumət qüvvələrinin nəzarətində olan və daim atəş altında saxladıqları Əz-Zəhra şəhərinin kənarlarından uzaqlaşdırılıblar.
Məlumata görə, terrorçular əsasən "Cəbhət ən-Nüsra"nın üzvləri və onları dəstəkləyən silahlı müxalifətçilərdən ibarət olublar. Onlar əldə edilmiş atəşkəs razılığını pozmaqla cəbhənin beş istiqamətindən hücuma keçərək, dinc əhalini vahimə içində saxlayırdılar.
Terrorçulara dəstək qonşu İdlib vilayətindəki silahlı qruplaşmalar tərəfindən göndərilib. "Döyüşlər şiddətli xarakter alıb və yalnız səhər saatlarında başa çatıb. Hökumət qüvvələrinə və könüllülərə aviasiya ilə artilleriya dəstək göstərib"-deyə informasiya mənbəsindən bildirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB