Alpay Əhmədov: “Qarabağ məsələsi BMT-nin maraq dairəsində deyil” MÜNASİBƏT

Alpay Əhmədov: “Qarabağ məsələsi BMT-nin maraq dairəsində deyil” MÜNASİBƏT

"Ümumiyyətlə bizlər hər dəfə Ermənistanın təxribatçı əməllərinin şahidi olmuşuq". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın təxribatçı əməllərinin arxasında iki amil dayanır: "İlk növbədə Ermənistan ordusu çalışır ki, 1-4 apreldə uğradığı acı məğlubiyyətin əvəzini çıxamağa çalışır. İkincisi isə erməni hərbiçiləri xeyli sayda itki verdiyindən bu, sosial narazılığa gətirib çıxardı. Görünür işğalçı dövlət bu sosial narazılığın qarşısını aılmağa çalışır. Bildiyiniz kimi hələ də Ermənistan tərəfi özünün 6 meyitini götürməyib və bunu uzatmağa çalışır".

Politoloq əlavə edib ki, ATƏT 1-4 aprel əməliyyatlarından sonra demək olar ki, neyrtal mövqe sərgiləyir: "Onlar ancaq Azərbaycan və Ermənistan tərəfini sülh danışıqlarını yenilənmiş Madrid prinsipləri əsasında davam etdirməyə çağırır. BMT-yə gəldikdə isə hazırda bu qurumun başı Suriya məsələsinə qarışıb. Görünən odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT-nin maraq dairəsində deyil. Rusiya tərəfi problemin çözülməsində daha çox aktivlik göstərir. Rəsmi Moskva münaqişənin həll olunması istiqamətində səylərini davam etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə