David Babayan: "Hər bir hərəkəti hücum cəhdi kimi qəbul etməməliyik” QORXU
Qondarma "dqr" prezidentinin mətbuat katibi David Babayan cəbhə xəttində Azərbaycan Ordusunun hərəkətini hücuma hazırlıq kimi görmədiyini bildirib. SİA xəbər verir ki, bu barədə "armenpress"ə açıqlama verən Babayan bildirib ki, hazırda cəbhə xəttində vəziyyət sakitdir: "Biz Azərbaycan Ordusunun hər bir hərəkətini hücuma hazırlıq cəhdi kimi qiymətləndirməməliyik. Hesab etmirəm ki, burada nə isə ciddi bir hal mövcuddur".
Xatırladaq ki, erməni mətbuatı cəbhə xətti boyunca Azərbaycana məxsus Silahlı Qüvvələrin yerdəyişməsini müşahidə etdiyini yazaraq, bunu "dqr"ə ediləcək hücum hazırlığı kimi qiymətləndiriblər. Azərbaycanın Müfadiə Nazirliyi isə rəsmi açıqlamasında qeyd edib ki, ölkəmizin Silahlı Qüvvələri öz ərazisində istədiyi vaxt istədiyi yerdə hərəkət edə bilər və buna görə heç kimə hesabat vermək məcburiyyətində deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB