Zaqatala Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, nəticədə məntəqənin qapısının və pəncərəsinin şüşələri sınıb. Xəsarət alan R.Balıyev nazirliyin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB