"Bu gün müxalifət düşərgəsində kifayət qədər monolit birlikdən danışmaq çox tezdir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Aparat rəhbərinin sözlərinə görə, müxalifət özü rəngarəngdir: "Müxalifətin özünün fərqli ideoloji, siyasi platformaları var. Amma bu fərqli platformalardan da xarici qüvvələrin bir araya gəlməsi və vahid mövqedən çıxış etməsi mümkün deyil. Buna baxmayaraq, müxalifət düşərgəsində ayrı-ayrı birliklər var. Bu birliklər isə liderlərin baxışları fonundan formalaşır. Ona görə də həmin birliklər uğurlara imza ata bilmirlər".
M.Rəhimli müxalifətin ümumi birliyinin olduğu halda, AXCP sədri Əli Kərimlinin təkbaşına fəaliyyət göstərməsinə toxunaraq deyib ki, görünür onun seçdiyi siyasi taktika ilə digər müxalifət üzvlərinin siyasi platformaları arasında çox böyük fərqlilik var: "Bu amil Əli Kərimlinin siyasi proseslərdə getdikcə təklənməsinə gətirib çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB