Başını itirmiş, qərarsız Sarkisyan RƏY

Başını itirmiş, qərarsız Sarkisyan RƏY

Azərbaycan Ordusunun cəbhədə erməni tərəfə vurduğu sarsıdıcı zərbələr o qədər güclü oldu ki, nəinki uzun illərdir mifə çevrilmiş "məğlubedilməz"lik simvolu olan erməni ordusu, hətta dövlətin başında duran cinayətkar hərbi-siyasi rejim belə hələ də özünə gələ bilmir. Biz bunu onların bir-birinə zidd olan bəyanatlarından da açıq şəkildə görə bilərik. Bu barədə SİA-ya danışan politoloq Arzu Nağıyev bütün bunların Ermənistan rəhbərliyində yaranmış xaosdan xəbər verdiyini deyib.

O bildirib ki, bir neçə klandan təşkil olunan rəhbərlik eyni zamanda hərəsi bir havadarın əlaqəsindədir və ona xidmət edir: "Buna görə də səsləndirdikləri bəyanatlar da həmin qüvvələrin birbaşa təsiri altında verilir. Qərar vermək məsuliyyətini dərk edənlər bilir ki, hər verilən sözə görə cavab verməli olacaqlar və çalışırlar ki, məsuliyyəti bir-birinin üzərinə atsınlar. Hazırda rəhbərlikdə olan Qarabağ klanı ilə digərləri arasında gedən gizli mübarizə artıq açıq müstəviyə keçib. Məhz buna görə də Sarkisyanın verdiyi bəyanatlarla Nalbandyanın, Ohanyanın bəyanatları ziddiyyət təşkil edir".

Politoloqun sözlərinə görə, bu gün Ermənistanda yaranan vəziyyət birbaşa iqtidarın riyakarlığı və qərar qəbul edə bilməməsinin təzahürüdür: "Buna görə də ATƏT və digər beynəlxalq qurumlar daha ciddi addımlar atmalıdırlar. Digər halda separatçı rejim İrəvanı eşitməmək üçün hər cürə təxribata gedə bilər. Bunun sonu isə müharibə ilə nəticələnə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə