XİN rəhbəri: “Həmsədrlərlə görüş Brüsseldə keçirilə bilər”

"Gələn ay Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək". SİA-nın məlumatına görə, bunu bugün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Maltanın XİN rəhbəri Corc Vella ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, həmsədrlərlə görüş ola bilər ki, Brüsseldə keçirilsin: "Görüşdə münaqişə ilə bağlı son durum müzakirə olunacaq".

E.Məmmədyarov əlavə edib ki, Ermənistan öz hərəkətləri ilə 1994-95-ci illərdə əldə edilmiş atəşkəs anlaşmasını təhdid altına salır: "Azərbaycan atəşkəs razılaşmasını tam şəkildə dəstəkləyir. Ancaq Ermənistanın hərəkətləri bu razılaşmaları sual altında qoyur. Atəşkəs rejimi ilə bağlı yeni anlaşma Moskvada razılaşdırılıb. Atəşkəsin gücləndirilməsi çox vacibdir, müharibə yolu ilə münaqişəni həll etmək olmaz. Amma təbii ki, nəticə əldə olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə