MM-də İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinlənilir

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinlənilir. SİA-nın xəbərinə görə. hesabatı daxili işlər nazirinin birinci müavini, general-leytenant, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edir. Hesabatda il ərzində bu sahədə görülən işlər və statistika yer alıb.

Xatırladaq ki, bugünkü iclasda "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə