Millət vəkili Sarkisyanı istefa verməyə çağırıb

"Hər bir parlament üzvü son 3 gün ərzində cəbhədə baş verənlərdən narahatdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə,cəbhədə baş verənlərin ağırlığı təkcə Ali Baş komandanın deyil, hər kəsin üzərinə düşür: "Bölgələrdə dinc insanları hədəfə çevirən Ermənistan 90-ci illərdəki kimi ziyan verəcəyini düşünür. Lakin bu, mümkün olmayacaq. Əksinə, Ermənistan prezidenti Serj Sarkisyan öz xalqını qırğına vermiş olur. Hesab edirəm ki, Sarkisyan istefa verməlidir. O , 3 generalını işdən çıxarmaqla hakimiyətini qoruyub saxlayacağını düşünür, amma bunu edə bilməyəcək".

Millət vəkili söyləyib ki, hazırda Dağlıq Qarabağda yaşayanlar oradan qaçırlar: "Orada yalnız əlillər və işsiz qocalar qalıb. Ön cəbhədə olan hərbçilər öz ilələrini oralardan çıxaraıblar. İllərdir Ermənistan demoqrafik cəhətdən məhv olub. Ermənistan Rusiya ilə Azərbaycanın münasibətlərinin korlanmasını arzu edir. Hesab edir ki, münasibətlər korlansa, Rusiya onlara daha çox yardım edə bilər?".

Bütün xəbərlər Facebook səhifəmizdə