Millət vəkili: "Torpaqlarımızın işğal altında qalması ilə razılaşmayacağıq" AÇIQLAMA

"Ermənilər mülki əhalini atəşə tutmaqda əsas məqsədlərindən biri də camaat arasında qorxu və ruh düşkünlüyü yaratmaqdır. Amma proseslər tamam əksinə gedir. İnsanlarımız öz ata-baba yurdlarını tərk etmir və böyük inam, ruh yüksəkliyi ilə ordumuz və Ali Baş Komandanımızı dəstəkləyirlər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Şahin İsmayılov deyib.

O bildirib ki, tarix boyu ruh yüksəkliyi bütün böyük müharibələrin taleyində həlledici rollardan birini oynayıb: " Biz sülh tərəfdarıyıq amma heç vaxt torpaqlarımızın işğal altında qalması ilə razılaşmayacağıq. Serj Sarksyan hal-hazırda başını itirib və nə etdiyini demək olar ki, bilmir. Əhali arasında nüfuzu 12 faizə düşüb. Dövlət çevrilişi qorxusu ilə hər kəsi düşmən görür. Ordumuzun qələbəsinə də, Sarksyanın sonuna da az qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə