BMT rəsmisi: "Forum çərçivəsində potensial tərəfdaşları müəyyən etdik"

"Forum böyük uğurla nəticələndi və yaddalan forumlar sırasına daxil oldu. Bir daha Azərbaycan höküməti ilə əməkdaşlıqdan fərəh hissi keçirdim". SİA-nın xəbərinə görə, bunu BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bağlanış mərasimində deyib.

BMT nümayəndəsi forumun təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür edərək qeyd edib ki, BMT-nin dostlar qrupuna üzv bütün dövlətlərə minnətdardır: "Yaxşı təcrübələrimizi bölüşmək üçün bir platforma olan forum çərçivəsində mövcud və potensial tərəfdaşları müəyyən etdik. Hmçinin inkluziv cəmiyyətlərdə birgə yaşamağın mümkünlüyünü dünyaya çatdırdıq. İnkluziv cəmiyyətlər insan hüquqlarının qorunmasının təminatıdır. Burada zorakı ektermizmi yaradan səbəbləri müzakirə etdik, bununla mübarizə üsullarını tapmağa çalışdıq. Bundan başqa strategiyaların tərtib edilməsi və dövlətlər tərəfindən necə həyata keçirilməsini müzakirə etdik. Demək istərdim ki, bu məsələlərdə bizim üçün mətbuatın təcürbəsi çox önəmlidir. Sosial inkluzivliyin önəminin müzakirəsi zamanı anladıq ki, bir çox çağırışların dialoq çəçivəsində aradan qaldırılması mümkündür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışını dinlədik və Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanış olduq. Düşünürəm ki, bizim əməkdaşlığımız gələcəkdə daha genişmiqyaslı olacaq".

O həmçinin bildirib ki, indiki məqamda sosial inkluzivliyin təşviqi çox vacibdir: "Avropada baş verən miqrasiya problem bir çox hallarda mətbuatdan məsuliyət tələb edir. Biz konkret nəticələr çıxardıq. Bir çox hallarda səhv və yaxud qeyri düzgün çaplar olunur və bunun sayəsində ksenefobiya meyilləri artır. Ekstermizm və terror sülhə təhlükədir. Burada insanların arzuları nəzərə alınmır. Sülh və təhlükəsizlik olmadan cəmiyyətlər inkişaf edə bilməz. Gənclərlə ünüsüyətin qurulması mövzunda da müzakirələrimiz oldu. Hesab edirəm ki, biz gənclərin sayəsində gələcəyə ümüdlə baxa bilərik. Onu da qeyd edim ki, cəmiyyətdə qadınların rolu təşkilatımızın apardığı siyasətin ayrılamz hissəsidir. Gələcəkdə rəsmi qaydada siyasi, dini və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət şura yaradılacaq. İdman vasitəsilə qarşılıqlı əlaqənin qurulmasını istərdik. Bu vasitəylə insanları bir araya gətirməyi düşünürük. Bəzi hallarda yaddan çıxarırıq ki, idman da anlaşamanın təşviq edilməsində rol oynayan faktordur. Həmçinin müxtəlif təqaüd proqramlarının həyata keçirilməsi də bizim tərəfimizdən irəli sürüldü. Buradan gənc nəslə səslənirəm. İrəliyə doğru davamlı şəkildə gedin! İrəliyə doğru addımlarla sərhədlərimizi genişləndirmək əsas məqsədimizdir. Bir halda ki birgə işləyəcəyik, konstruktiv dialoq aparacayıq, o zaman bütün istəklərimizə nail olacağıq. 2030-cu il davamlı inkişaf proqramına uyğun görüləcək işlərimiz çoxdur".

BMT rəsmisi sonda bir daha Azərbaycan nümayəndə heyətinə forumu uğurla keirdiyinə görə dərin təşəkkürünü etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...