BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupunun iclası keçirilir

BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupunun iclası keçirilir

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu davam edir. SİA-nın xəbərinə forum çərçivəsində BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası keçirilir.

İclasda çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Michael Christides forumun yüksək səviyyədə təşkilinə görə, Azərbaycan rəhərliyinə təşəkkür edib: "Bu Forum müxtəlif dinlərin cəmiyyətlərin bir yerə toplanması üçün böyük əhəmiyyətə malikdir. Biz bütün insanlar arasında sülhü yaymalıyıq. Alyansın da əsas məqsədi elə bundan ibarətdir. Biz bütün işlərimizi daha da irəliyə doğru aparacağıq. Lakin etdiklərimiz yetərlidirmi? Düzdür, Alyansın faəliyyəti geniş əhəmiyyətə malikdir. Lakin həyatımızda ksenofobiya populizmə də kifayət qədər rast gəlinir. Biz öz məqsədlərimizə çatmalıyıq. Bu gün qaçqınlar və miqrant dövranı davam edir. Xüsusilə də Avropada bu problem böyük vüsət alıb. Biz bu problemlərin qarşısını almaq üçün geniş müzakirələr aparmalı,onun həllinə çalışmalıyıq. Bir gündə sülh əldə etmək mümkün deyil. Lakin yeni proqramlar və digər yollarla bunların qarşısını almağa çalışmalıyıq. Biz siyasi liderlər kimi çıxış etməliyik. Çünki siyasətçilər bu məsələni sona qədər həyata keçirə bilərlər. Biz insanlar arasında fərqə düşmən kimi baxmamalıyıq. İnklüziv cəmiyyətin qurulması üçün təhsilə diqqət etməliyik. Hesab edirəm ki, forum bütün bu məsələlərə təkan verəcək. Biz zülmətdən qurtulmaq üçün işığı yandırmalıyıq. Düşünürəm ki, Alyansın fəaliyyəti nəticəsində biz bu işığı yandıracağıq. Mədəni müxtəlifliyin qorunması, dinlər arasında münasibətlərin normal şəkildə olması üçün mühüm addımlar atacağıq".

Daha sonra çıxış edən Argentinanın xarici əlaqələr üzrə katibi Carlos Foradori bildirib ki, Argentina bir ölkə olaraq alyansın məqsədlərini dəstəkləyir: "Siz sülhü yayırsınız. Bütün bunların sayəsində biz xalqlarımızdakı dözümsüzlüyün qarşısını almış oluruq. Biz əməkdaşlığımızı iş birliyi əsasında qururuq. BMT baş katibi təşəbbüs irəli sürmüşdü ki, biz zorakılığa qarşı deyil, ona gətirib çıxaran səbələri aradan qaldırmalıyıq. Hesab edirəm ki, bu çox müsbət təşəbbüsdür. 2030-cu il BMT-nin Dayanaqlı İnkişaf Proqramına dəstəkləyirik. Biz istərdik ki, o zamana qədər bu gündəlikdə nəzərdə tutulan məqsədlərə nail olaq. Bunun üçün xalqlarımızı bu məqsədlərə hazır etməliyik. Əks halda istəklərimizə nail ola bilmərik. Gənclərlə iş mütləqdir. Regional beynəlxalq təşkilatlar yeni məqsədlərə nail olmağa səsləndirməklə yanaşı, bizə yeni alətlər verirlər. Gənclərlə iş aparılmalı onlar bu işə cəlb edilməlidirlər. Bizim ölkəmiz bu işdə maraqlıdır. Məhz bu səbəbdən biz öz büdcəmizdən hər ailədəki uşağa yardım edirik ki, uşaqlar lazımı təhsil ala bilsinlər. Təhsil inteqrasiyaya aparan yoldur. Argentina milli azlıqların müxtəlifliyini itirməməyə çalışır. Biz diqqətimizi dini ayrı seçkiliyə öyönəltməli, belə halların baş verməməsi üçün jurnalistləri bu işə cəlb etməliyik. Alyansın möhkəmləndirilməsi vacibdir. Alyansı təsis edənlər bilir ki əgər biz sözlərimizi reallaşdırmasaq, bu alyans illüziya kimi qalacaq. Biz bu haqda düşünməliyik. Bəzi bölgələrdə ədavət aradan qaldırılmalı, sülhün bərqərar olunması üçün birgə çalışmalıyıq. Belə olan halda xalqlar çətin anlarda bir-birilərinə yardımçı ola bilərlər. Argentina xalqlar arasında fərqlərin aradan qaldırılması istiqamətində mandat verilməsini təklif edir. Sülhü bərpa edib ədavəti aradan qaldırmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə