Novruz Məmmədov: "Heç kim beynəlxalq hüquq prinsipinə əməl etmir"

"Biz bir qədər düşünməliyik ki, hansı səbəbdən hərəkatlar yaranır. Biz bunu yaxşı anlamasaq, heç bir uğur əldə edə bilmərik. Sovet İttifaqının və Varşava Aktının süqutundan sonra nələr əldə etdik, biz bunu analiz etməliyik". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin 7-ci Qlobal Forumunda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Novruz Məmmədovun sözlərinə görə, bu gün 50-dən artıq ölkədə çətin vəziyyət hökm sürür: "Beynəlxalq münasibətlərdə ədalət prinsipi mövcud deyildi. Boko Haram terror təşkilatı tərəfindən 220-ci gənc qız girov götürülüb. Heç kim bu məsələyə münasibət bildirmir və onların taleyi ilə heç kəs maraqlanmır. Burada dünyanın aparıcı ölkələri beynəlxalq hüquq normalarının həyata keçirilməsi üçün məsuliyyət daşıyırlar".

PA rəsmsi Dağlıq Qarabağ məsələsinə də toxunaraq deyib ki, Dağlıq Qarabağ ətrafında olan Azərbaycanın 7 rayonu hələ də işğal altındadır: "Amma bununla bağlı heç kim danışmır. Bizə bu məsələdə ədalət lazımdır. Bu gün baxsanız görərsiniz ki, heç kim beynəlxalq hüquq prinsipinə əməl etmir. Geosiyası ambisiyalar bu gün həmin problemin təməlindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...