Mövlud Çavuşoğlu: "Qarşıya qoyulan hədəflərə çatacağıq"

Mövlud Çavuşoğlu: "Qarşıya qoyulan hədəflərə çatacağıq"

" Bakıda, küləklər şəhərində olmaq bizi şad edir. Qonaqpərvərliyə görə, Azərbaycana bir daha təşəkkür edirik". SIA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib. Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin beşiyi olduğunu deyən türkiyəli nazir söyləyib ki, Azərbaycan xalqı heç zaman sülh şəraitində yaşamaq mədəniyyətini itirməyib: "Baxmayaraq ki, Azərbaycan torpaqlarnın 20 faizi işğal altındadır, burada sülh şəraiti mövcuddur. İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcək".

Onun sözlərinə görə dünyanı ayrı-seçkilik, islamafobiya, ksenofobiya ağuşuna alıb: "Bunlar ümumbəşəri dəyərlərmizi təhlükə altında qoyur. ABŞ-da bəzi prezidentliyə namizədlər narahatlıq doğuran çıxışlar edirlər. Biz ümumi parlaq gələcək üçün tədbirlər görməliyik. Sivilizasiyalar Alyansı bu istiqamətdə mühüm platformadır. Vətəndaş cəmiyyəti də bu sahədə mühüm institutlardır. Avropa Şurası Parlament Assambleyasında mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə