Ərdoğan: "Terrora qarşı qlobal ittifaq yaradılmalıdır"

Ərdoğan: "Terrora qarşı qlobal ittifaq yaradılmalıdır"

"Qədim mədəniyyətlərin və xalqların birgə yaşadığı Azərbaycandayıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə multukulturalizm ili elan edib". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Toplantının keçirilməsi ilə əlaqədar Azərbaycana xüsusi olaraq təşəkkür edən Türkiyə prezidenti söyləyib ki, BMT-nin Sivilizasiyalar Alyansı ilə bağlı təşəbbüsü 11 il əvvəl İspanyia ilə Türkitə birlikdə irəli sürüb: "Günümüzdə 140-dan çox ölkə bu təşəbbüsə dəstək verir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser rəhbərliyi ilə uğurlu işlər görülür. Tolerantlıq və dialoq hədəflərimizə dəstək verən bütün dost ölkələrə təşəkkür edirəm. Sıralarımıza son olaraq qatılan Qırğızıstana da təşəkkür edirəm. Ancaq hələ də Alyansın hədəflərinə çatmaqdan çox uzağıq. İnsanların inancları, etnik mənsubiyyətləri ilə bağlı düşüncələri hələ tam ortdan qaldıra bilmədik. Terrorizmə qarşı bizdən gözlənilən ortaq mücadiləni yetərli qədər ortaya qoya bilmədik. Suryiada, Franasada, Belçikada, İspaniyadaTürrkiyədə, Pakistanda ard-arda bombalar partlayarkən məqsədimizi ortaq fikrə, ideyaya çevirə bilmədik. Zorakılığın qarşısının alınması üçün dialoqu inkişaf etdirməyin zəruri olduğunu bütün dünyaya qəbul etdirə bilmədik. Etnik və dini fərqliliyin təhdid deyil, zənginlik olduğu barədə anlayışı yayğınlaşdıra bilmədik".

R.T. Ərdoğan bildirib ki, bu təhlükəli gedişə son vermək məcburiyyətindəyik: "Dini və etnik səbəblərlə qarşıdurmalar səbəbindən 60 milyondan çox insanın evlərindən didərgin düşdüyü reallıqda yaşayırıq. Miqrantların bir qismi sulara qərq olur, bir qismi isə getdikləri yerlərdə xoş qarşılanmırlar. İslam adına terror törədənlər ən böyük pisliyi müsəlmanlara qarşı törədir. Bu terror təşkilatlarının əli ilə qədim şəhərlər xarabalığa çevrilir, məddəniyyətlər məhv olur. Qərb ölkələrində bu səbəbdən müsəlmanlara mənfi baxış artır. Bü şəkildə fərqli mədəniyyətə, dinə malik insanlar arasında uçurumların dərinləşməsi daha böyük fəlakətlərə aparır. Terrorun, terror təşkilatlarının dini, bölgəsi yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir din məqbul etməz. Xüsusən islam mahiyyətcə sülh dinidir. Belə bir din terrora dəstək verərmi? Bizim dində terrora yer yoxdur. İŞİD və digər terror təşkiatlarının islamla heç bir əlaqəsi yoxdur. Ölənin Allahü-əkbər, öldürənin də Allahu-əkbər dediyi bir anlyaış ola bilərmi?! Mədəniyyətlərarası İttifaq, ortaq səylərimizlə bu təhdidlərin qarşısını ala bilərik. İlk növbədə məzhəbçiliyə qarşı mübarizə aparmalıyıq.İkincismi, iiqçilik çox ciddi təhdid olaraq terrora zəmin yaradır. Əgər məzhəbçilyə və irqçiliyə qarşı orta mübarizə apara bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Bütün irqlərin nümayəndələrinə insan kimi baxmalı və qəbul etməliyik ".

Türkiyə prezidenti qeyd edib ki, terrora qarşı qlobal ittifaq yaradılmalıdır: "Əgər qlobal ittifaq yarada bilməsək, terrorla uğurla mübarizə apara bilərik. Suriyada terrorla başlayan proses daxili savaşa çevrilib. Suriyada əsl dövlət terroru var, insanları bombalayırlar. Ancaq Suriyada dövlət terroruna yol verənlərə qırmızı xalça sərənlər, maddi yardım edənlər, silahlar verənlər məsuliyət daşıyırlar. Egey və Aralıq dənizində ölümdən qurtardığımız insanların sayı yüz minə çatıb. Sadəcə, Suriya və İraqdan 3 milyona qədər insan Türkiyədədir. Gəlib bizə təşəkkür edirlər. Ancaq bal-bal edməklə ağız şirin olmaz. İndliyə qədər bu qaçqınlar üçün Türkiyə dövlət olaraq 10 milyard dollar xərcləyib. Bura vətəndaş cəmiyyəti qurumlarının xərclədiyi vəsait daxil deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə