Pan Gi Mun: "Münaqişələri yaradan səbəbləri aradan qaldırmalıyıq"

BMT baş katibi Pan Gi Mun BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində video müraciəti yayılıb. SIA-nın xəbərinə görə, BMT baş katibi deyib ki, Forumun ideyası- inklüziv cəmiyyətlərdə birgə yaşamaq üçün mühüm ideyadır: "Çünki ksenofobiya, irqçilik ciddi problemdirö. Hamı üçün layiqli həyat şəraiti təmin edilməlidir. Ona görə də Forumun ideyasına tam dəstək verirəm. Gələn ay İstanbulda humanitar böhranla bağlı tədbir keçiriləcək. Sizi həmin tədbirə dəstək verəmyə də çağırıram. Bu gün dünyada bir çox xalqlar öz yerlərindən didərgin düşüb. Biz münaqişələri yaradan səbəblərin aradan qaldırılmasına çalışmalıyıq. BMT Baş Assambleyası zorakılığın aradan qaldırılmasında qətiyyətlidi. Etimad və anlaşmanı bütün dünyada artırmalıyıq. Bu işə jurnalistləri də cəlb etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...