Gənclər Forumunun bağlanış mərasimi keçirilib

Bu gün Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində öz işinə başlayan Gənclər Forumunun bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, foruma beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri qatılıb.

Qeyd edək ki, Gənclər tədbirinin açılışında bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdi. Bağlanış mərasimindən dərhal sonra mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, gənclər və idman naziri Azad Rəhimov iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...