"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinin arxasında hansı məqamların dayandığına dair fikirlər sadəcə ehtimallardır. Bu cür görüşlərin pərdə arxasının nə olduğunu söyləyəmək çətindir. Deyə bilərik ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz fikirlərini açıq şəkildə ortaya qoya bilir". Bu fikirləri SİA-ya politoloq Toğrul İsmayıl Sergey Lavrovun Ermənistan səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi var və bu qətnamələrə əsasən Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Amma Rusiya görüşləri gizli qapı arxasında keçirirsə və ictimaiyyətə heç bir məlumat vermirsə, deməli "bazarlıq" etmək niyyətindədirlər: "Bu cür hallar Azərbaycan üçün xoş heç nə vəd etmir. Digər bir yandan son vaxtlar Rusiya ilə Ermənistan arasında vəziyyət bir az gərginləşib. Lavrovun İrəvan səfəri də məhz bu soyuqluğu aradan qaldırmağa hesablana bilər. Ən təhlükəli məsələlərdən biri də Rusiya və Ermənistanın belə manevrlar edib Azərbaycan ictimayyətinin fikrini qarışdırmalarıdır: "Belə ki, Rusiya rəsmilərinin açıqlamalarına fikir versək aydın görə bilərik ki, müxtəlif fikirlər səsləndirməklə münaqişənin həlli ayrı-ayrı səmtə çəkilir".
Politoloq sülhməramlıların Qarabağda yerləşdirilməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, əslində bu, yeni məsələ deyil və sülhməramlı adı altında rus əsgərlərinin Qarabağda yerləşdirilməsi olduqca təhlükəlidir: "Təkcə rus sülhməramlılarının deyil, hər hansı dövlətin əsgərinin Qarabağ bölgəsinə yerləşdirilməsi Azərbaycan hökümətinin bu bölgəyə nəzarətinin itməsi deməkdir.5 rayonun qaytarılmasının qarşılığında rus əsgərlərinin Qarabağa yerləşdirilməsi siyasi səhvdir və nəticə etibarıyla Azərbaycana müsbət heç nə vəd etməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB