Nassir Abdulaziz al-Nasser: "Gənclər bizim təməl sütunlarımızdandır"

"Gənclər bizim hədəf və təməl sütunlarımızdan biridir. Sizlərlə bir arada olmaqdan çox məmnunuq. Azərbaycan dövlətinə bu tədbirə ev sahibliyi etdiyinə görə minnətdarıq". SİA-nın məlumatına görə, bunu bu gün BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nassir Abdulaziz al-Nasser deyib.

Onun sözlərinə görə, gənclər olmadan qarşımıza qoyulan hədəflərə, məqsədlərə nail olmaq qeyri-mümkündür: "Gənclər dəyişikliyin əsas katalizatorudur. Bizim proqramla hər il gənclər Yaxın Şərqdən, Avropadan və s. dünya ölkələrinin mədəniyyəti ilə yaxından tanış olurlar. Digər amil gənclərin həmrəyliyi ilə bağlıdır. Bu il biz lahihələrimizi Yaxın Şərqdə, Afrikada maliyyələşdirmişik. Təhlükəsizlik və inkişaf isə mühüm məsələdir. 2030-cu ilin davamlı inkişaf proqramını qəbul etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə