Suriyada atəşkəs rejimi təhlükə altındadır. SİA Rusiyanın "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sözləri BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bəyan edib.
O bildirib ki, Suriyada vəziyyət təhlükəli olaraq qalır: "Atəşkəs rejiminə ümumilikdə əməl olunsa da, onun qorunub saxlanılması üçün təcili tədbirlər görülməlidir. O ki, qaldı humanitar sahəyə, burada irəliləyiş var, lakin bu kifayət deyil".
Qeyd edək ki, fevralın 22-də Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB