Rauf Əliyev: "Gənclərimizin vətənpərvərlik hissləri yüksək səviyyədədir" MÜNASİBƏT

"Cəbhə xəttində son hadisələr zamanı Azərbaycan Silahlı qüvvələrinin böyük uğurlar qazanması bir daha göstərdi ki, Azərbaycanın güclü ordusu var və bu ordu Azərbaycanın işğal olunmuş ərazilərini qısa müddətdə azad etmək imkanına malikdir. Qısa müddətli müharibə göstərdi ki, Azərbaycan xalqı düşmənə anında cavab verməyə hazırdır". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, gənclərlə görüşlərində Prezident İlham Əliyev Azərbaycan gənclərinə tövsiyyələri zamanı daim əsas vəzifəmizin ərazi bütövlüyümüzün bərpası olduğunu qeyd edərək, gənclərin hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib: "Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və milli məsələlərdə prinsipial olmağı tövsiyyə edir. Azərbaycan ordusunun əldə etdiyi qələbə və Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaət sübut etdi ki, gənclər Prezidentimizin tövsiyyələrini yerinə yetirməyə qadirdir, bu yolda zəfər qazanacaqlarına əmindirlər".

Rauf Əliyev Xəzər rayon Gənclər və İdman İdarəsinin rayonda gənclərin vətənpərvərlik ruhunun yüksəlməsi istiqmaətində bir sıra işlər həyata keçirməkdədir: "Bununla əlaqədar məktəb şagirdləri arasında "Cəsurlar" Hərbi İdman və Turizim, "Şahin" hərbi idman oyunları, "Vətənin müdafiəsinə hazıram" Poiatlon çoxnövçülüyü, Güllə atıcılığı üzrə rayon çempionatları təşkil olunur, Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsi ilə birgə gənc çağırışçıların hərbi xidmətə yolasalma mərasimləri keçrilir. Hal-hazırda Xəzər rayonundan 400 gənc vətən qarşısında öz borclarını yerinə yetirməkdən ötür hərbi xidmətdədirlər. Təhsil ocaqlarında tədris ili ərzində gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumibəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində mütəmadi olaraq dəyirmi masalar, seminarlar, görüşlər, müsaqibələr keçirilir".

Deputat onu da vurğulayıb ki, həyata keçirilən tədbirlər nəticəsində əldə olunan uğurlar onu göstərir ki, gənclərimizin vətənpərvərlik hissləri yüksək səviyyədədir və gənclərimiz vətənin hər qarış torpağı uğrunda mübarizəyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə