ARGTMŞ-ın üzv Təşkilatlarının növbəti Məclisi keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatlarının növbəti Məclisi baş tutub. SİA-nın məlumatına görə,tədbirdə ARGTMŞ-ın üzvü olan gənclər təşkilatının rəhbər və nümayəndələri iştirak edib.Məclis hesabat dövründə görülən işlərlə bağlı ARGTMŞ-ın üzvlərinin məlumatlandırılması, cari məsələlərin müzakirə olunması məqsədi ilə həyata keçirilib.

Məclis Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsivə şəhid olan əsgərlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlanılıb. Daha sonra, ARGTMŞ-ın baş katibi tərəfindən 2015-ci ilin yekunları və cari fəaliyyətlə bağlı Məclisə hesabat verilib. Məclisdə ARGTMŞ-a yeni üzv təşkilatlarının qəbul olunması ilə bağlı səsvermə keçirilib və "Gənclərin Elmi Araşdırmalarına Dəstək" və "İşıqlı Gələcək" İctimai Birlikləri ARGTMŞ üzvükimi qəbul olunub.Beləliklə, ARGTMŞ üzv təşkilatlarının sayı 114-ə çatıb.

Tədbirin davamında Milli Şuranın XIV Qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub. Qurultaya hazırlıq mərhələsinin həyata keçirilməsi üçün Təşkilat Komitəsi formalaşdırılıb. Səsvermə nəticəsində Təşkilat Komitəsinin sədri olaraq "Azərbaycan – Türkiyə Gənlərinin Dostluq Cəmiyyəti" İctimai Birliyinin sədri, ARGTMŞ Məclis sədriRəşxan Qaraşlı, Təşkilat Komitəsisinin üzvləri olaraqisə Azər Cavadov, Mikayıl Həsənli, Ləman Ağalarova, Leyla İsrafilova, Araz Əhmədov və Murad İsayev seçilib.

Məlumat üçün qeyd edək ki,ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995–ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. Təşkilatölkəninictimai-siyasihəyatındayaxındaniştirakedən 114 gənclərtəşkilatı, 100 minlərləgənciözündə birləşdirən konfederativ qurum kimi Azərbaycanın ən böyük gənclər platformasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə