Cümşüd Nuriyev: “Ermənilər əvvəlki kimi Türkiyəni ittiham edirlər” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistan yeni bir şey gündəmə gətirmir. Ermənilər əvvəlki kimi, bu məsələdə Türkiyəni ittiham edirlər. Təbii ki, onlar yenə də 24 aprel öncəsi Ermənistan mətbuatında çoxsaylı materiallar dərc ediblər. Həmin günü də guya qondarma "erməni soyqırımı" abidəsinin ziyarətini təşkil edəcəklər. Amma getdikcə ermənilər bu mövqelərini bitirmək üzrədir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev Ermənistanın qondarma "erməni soyqırımı"nın 101-ci ildönümünə hazırlaşmasına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın son 8 ildə Xocalı soyqırımı ilə bağlı apardığı təbliğat ermənilərin 100 il apardığı təbliğatı qabaqlayıb: "Əgər nəzərə alsaq ki, 100 il aparılan təbliğatın nəticəsində ABŞ-ın 40 ştatı saxta soyqırımı ilə bağlı qərar qəbul edibsə amma Azərbaycanın gördüyü işlər nəticəsində (7 il ərzində) ABŞ-ın 22 ştatı bunu qəbul edib. Yəni uzun müddətdir aparılan təbliğat yalan olduğuna görə çox çətinliklər başa gəlir. Amma Azərbaycan qısa müddətdə ərzində bunu gördü. Ona görə də Ermənistanın qondarma "erməni soyqırımı"nın növbəti ildönümünə hazırlaşmasında ciddi bir dəyişiklik olacağına inanmıram. Məsələ ondandır ki, Ermənistanın yürütdüyü siyasət yenə də qarayaxmadan, iftiradan, şərdən başqa bir şey deyil. Ermənistan bu məsələlərdə uduzmaq üzrədir".

Bütün xəbərlər Facebook səhifəmizdə