AŞPA-nın prezidenti Pedro Aqramunt Strasburqda Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. SİA-nın məlumatına görə, bu barədə Aqramunt özünün "Twitter" səhifəsində məlumat verib.
"Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdük. Dialoq yolu olmadan həll edilə bilən hər hansı münaqişə yoxdur" - deyə, Aqramunt yazıb.
Qeyd edək ki, görüş AŞPA-nın yaz sessiyası çərçivəsində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB