Aytən Mustafayeva: “Biz hər an savaşa hazırıq” AÇIQLAMA

"Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqında birlik, vətənpərvərlik ruhu çox güclüdür. Bununla belə xalqımızın Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə dəstək göstərməsi və ölkəmizin işğal altında olan əraziləri qaytarmaq istəyi istənilən qədər yüksəkdir". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva deyib.

Onun sözlərinə görə, aprelin əvvəlində başlanan döyüşlər bugünə kimi davam etsə idi, çoxdandan bütün torpaqları geri qaytarıb Xankəndində onu qeyd edə bilərdik: "Amma elə məsələlər var ki, təbii ki, onları nəzərə almamaq olmaz. Unutmamalıyıq ki, nə qədər güclü olsaq da biz balaca dövlətik. Təbii ki, ətrafımızda da böyük dövlətlər və dünyada öz sözlərini deyə bilən başqa dövlətlər də var. Biz bunlarla hesablaşmalıyıq. Bu göstərdi ki, azərbaycanlılar hər an savaşa və torpaqlarını geri qaytarmağa hazırdırlar. Bizdə bu istək çox yüksək səviyyədədir. Düşünürəm ki, gələcək danışıqlarda da bu, ölkə başçısı cənab İlham Əliyevə böyük dəstək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə