Azər Həsrət: “AXCP sədri ilə Arif Məmmədov eyni adamlardır” AÇIQLAMA
"Ümumiyyətlə mən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş səfiri Arif Məmmədovu tanımıram. Sadəcə olaraq bu şəxsin adını ilk dəfə Azərbaycan dövlətinə arxa çevirdikdən sonra bilmişəm". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Arif Məmmədovun AXCP sədri Əli Kərimlini müdafiə etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, A.Məmmədov ictimai-siyasi dairələrdə, Azərbaycan diplomatiyasında ciddi işçi olmayan bir adamdır: "Təbii ki, belə bir adamın Əli Kərimlini dəstəkləməsi də Azərbaycana ciddi zərər vura biləcək addım deyil. Bu baxımdan hesab edirəm ki, bu şəxsə baş qoşmadan da keçinmək olar. Sadəcə olaraq onun dedikləri özü üçün havaya buraxdığı boş sözlərdən ibarətdir. Hətta belə bir sözdə varki "su axar, çuxurunu tapar". Görünür bunlar bir-biri ilə uyğun adamlardır ki, bir-birlərinə dəstək vermək haqqında düşünə bilirlər".
A.Həsrət əlavə edib ki, istənilən halda hərənin bir iddiası ola bilər: "Arif Məmmədov cəmiyyətimizdə ciddi qəbul olunmur. Ümumiyyətlə 0+0 bərabərdir sıfırdır. Beləcə bunun başqa izahı da yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB