Ərdoğan Bakıya gəlir vaxt bəlli

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün aprelin 26-də Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, bu barədə "RIA Novosti"yə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.

Bundan əvvəl Ərdoğanın Bakıya aprelin 25-27-si tarixlərində - BMT forumunun keçiriləcəyi müddət ərzində səfər edəcəyi bildirilmişdi.

Agentliyin həmsöhbəti bildirib ki, prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək.

Bundan əvvəl Türkiyə prezidentinin Azərbaycana səfəri 17 fevral və 13 mart tarixlərində Ankarada törədilən terror aktları səbəbindən iki dəfə təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə