Dmitri Kozlov: “Beynəlxalq strukturlar məlumatlandırılmalıdır”

“İran və Rusiya Ermənistana təzyiq etməlidir”

"Ermənistan Cenevrə və Haaqa razılaşmalarının üzvü kimi imzaladığı konvensiyaya hörmət etməlidir". SİA xəbər verir ki, bu fikirləri Ukraynanın Ordu Araşdırmaları Mərkəzininn rəsmisi, hərbi ekspert Dmitri Kozlov rusdilli saytların birinə ermənilərin azərbaycanlı şəhid əsgərlərinin cəsədlərini təhqir etməsinə münasibətini bildirərkən deyib.

Ekspert bildirib ki, müharibənin aparılması qaydaları var və bu baxımdan, əsgərlərin cəsədlərinin təhqir edilməsi cinayətdir: "Əgər rəsmi Bakıda bu cür faktlar varsa, həmin sübutları mütləq BMT, ATƏT və Avropa Şurasına təqdim etməlidir".

Kozlov bu hadisəni dəhşət adlandırıb və qeyd edib ki, onun Donetskdə gördüklərindən və çıxardığı nəticələrindən sonra beynəlxalq aləmin bu kimi hallara sərt münasibət bildirməsinin effek verəcəyinə ümid etmir: "Beynəlxalq reaksiya verilməsə, Bakı Yerevanla razılaşmalı, bu da baş tutmasa, məsələyə Rusiya, İran kimi dövlətləri cəlb etməlidir ki, onlar Ermənistana qarşı təzyiqlərini artırsınlar. Bütün mənalarda rəsmi Bakı mövcud faktları, sübutları qeydə almalı, beynəlxalaq strukturları məlumatlandırmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə