İrəvan Dövlət Azərbaycan Dram Teatrı Kocaelidə olub

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Demet Çizmeli və Barış Pınar Çelebioğlunun "Cümhuriyyətin ilk sədası" əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə Türkiyənin müxtəlif şəhərlərinə qastrol səfərinə yollanıb. Səfər çərçivəsində kollektiv, Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Azərbaycan Heydər Əliyev Mədəniyyət Evininin qonağı olub. SİA-nın məlumatına görə, teatr heyəti Mədəniyyət Evinin fəaliyyəti, burada təşkil olunmuş Soyqırım Muzeyi və Kitabxana ilə tanış olublar. Mədəniyyət Evinin rəhbəri Bilal Dündar qonaqlara təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Kollektiv Heydər Əliyev Adına Mədəniyyət Evinin fəaliyyətdən məmnunluqlarını ifadə edərək sədr B. Dündara minnətdarlıqlarını bildiriblər. B. Dündar müəllifi olduğu "Bir Millət İki Dövlət" adlı kitabını və Azərbaycan Heydər Əliyev adına Mədəniyyət Evinin mətbu orqanı olan "Azərbaycanın Səsi" jurnalını qonaqlara hədiyyə edib

Qeyd edək ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Kocaeli vilayətində səhnəyə qoyulan tamaşaya Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzvləri, İzmit Bələdiyyəsi, Kocaeli Kültür və Turizm Müdürlüyü, Kocaeli Aydınlar Ocağı, Kocaeli Milli Quruluşlar Birliyinin nümayəndələri, tələbələr və digər qonaqlar tərəfindən baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...