QHT sədri: “Ermənistan hakimiyyəti başıpozuq bir vəziyyətdədir” AÇIQLAMA

"Heç kimə sirr deyil ki, Ermənistanın cəbhə xəttində itkiləri həddindən artıq çoxdur. Onlar bunu nə qədər gizlətməyə çalışsalar da amma alınmır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi döyüşlər zamanı itkin düşən hərbiçilərinin sayını gizlədərək əsgər valideyinlərini aldadırlar: "Əgər cəbhədəki meyitlər Ermənistanın müxtəlif yerlərinə göndərilirsə, onsuz da Serj Sarkisyanın, hökumətin ağır olan vəziyyətini bir qədər də ağırlaşdıracaq. Beləcə, ermənilərin onlara qarşı olan qəzəbi, narazılığı daha da artacaq. Ona görə də rəsmi İrəvan çıxılmaz vəziyyətdədir. Onlar nə meyitlərini götürməkdə maraqlı deyil, nə də onu öz valideyinlərinə çatdırmırlar. Bütün bunlar ondan xəbər verir ki, işğalçı ölkə çox qorxur və uğursuzluqlarını qəbul edə bilmirlər. Amma nə etsələr də cəmiyyətin onlara qarşı olan narazılığının qarşısını ala bilmirlər".

A.Nağı əlavə edib ki, digər tərəfdən məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistan hakimiyyəti tamamilə başını itirib və başıpozuq bir vəziyyətdədir: "Əgər onlar öz meyidlərinə sahib durmurlarsa, deməli çox acınacaqlı bir vəziyyətdədirlər. Hətta demək olar ki, rəsmi İrəvan hakimiyyətinin sonudur".

Bütün xəbərlər Facebook səhifəmizdə