Deputat: “Azərbaycan dünyanın ən vəhşi milləti ilə qonşudur” AÇIQLAMA
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Ermənistanın əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq Azərbaycan hərbi qulluqçusunun nəşinin nümayişkaranə şəkildə qaytarmaqdan imtina etməsi hərəkətlərini şərh edib.
Deputat publika.az-a açıqlamasında deyib ki, işğalçı Ermənistanın bu addımı bütün beynəlxalq konvensiyaların tələblərinə ziddir: "Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan beynəlxalq hüququ saya saymır. Hesab edirəm ki, bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, ATƏT-in Minsk qrupunun həmsədrləri və onların ölkələri Ermənistana xəbərdarlıq etməli, işğalçı ölkəni bu addımından çəkindirməlidirlər. Sadaladığım bu beynəlxalq təşkilatlar bu məsələni ciddi nəzarətdə saxlamalıdır. Əsirlərin və hərbiçilərin meyitlərinin qaytarılması ilə bağlı Ermənistan bütün konvensiyalara qoşulsa da, ancaq beynəlxalq qanunların tələblərini hər zaman pozur. Ümumiyyətlə, işğalçı Ermənistan bütün beynəlxalq qanunların tələblərini hər zaman pozub və indi də pozmağa davam edir. BMT-nin qəbul etdiyi 4 qətnamənin tələblərini Ermənistan indiyədək pozur. Dinc sakinlərə atəş açmaq, onları öldürmək və evlərini dağıtmaq beynəlxalq hüquqda tamamilə qadağan olunur. Ancaq hər kəs Ermənistanın mütəmadi olaraq Azərbaycanın dinc əhalisinə qarşı iri çaplı silahlardan atəş açması, hətta onları öldürməsi faktlarına şahid olur. Erməni ordusu cəbhənin bütün istiqamətlərində mülkü əhaliyə qarşı atəş açır, fermerlərin şəxsi təsərrüfatına ziyan vurur".
Komitə sədri Azərbaycanın Kəlbəcər rayonunun keçmiş sakinləri və Ermənistanda "diversiyaçı" adı ilə mühakimə edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə də toxunub: "Təsəvvür edin ki, bir müddət öncə 3 azərbaycanlı öz dədə-baba yurdlarını ziyarət etmək üçün Kəlbəcərə gedərkən, erməni hərbiçiləri onlardan birini öldürüb, digər 2 nəfəri isə hələ də işgəncə altında girovluqda saxlanılır, Ermənistanda həmin soydaşlarımıza qarşı qondarma məhkəmə prosesi qurulub. Hətta, soydaşlarımızdan birinin Rusiya vətəndaşı və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin Rusiya olmasına baxmayaraq, həmin şəxslər hələ də Azərbaycana qaytarılmır. Halbuki, bu adamlar dinc sakinlər olub və öz ata-baba torpaqlarında işğalçı qüvvələr tərəfindən girov götürülüb. Onların tutulduğu Kəlbəcər və digər ərazilər Azərbaycan torpaqlarıdır. İşğalçı qüvvələr onları saxlaya bilməz. Ermənistanın indiyədək Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlaması böyük qanun pozuntusudur. Beynəlxalq təşkilatlar buna göz yummamalıdır. Çox təəssüf ki, ATƏT-in həmsədr ölkələrinin heç biri buna görə Ermənistana hər hansı etiraz bildirmirlər".
S.Novruzov bildirib ki, işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi bütün beynəlxalq konvensiyaların tələblərinə sonadək əməl edir: "Aprelin 2-də baş verən hərbi əməliyyatlar zamanı ölən təxribatçı və işğalçı düşmən hərbiçilərinin meyitlərinin Ermənistana verilməsi prosesində Azərbaycan heç bir əngəl yaratmadı. Ancaq aprel hadisələri zamanı şəhid olan Azərbaycan hərbiçilərinin meyitləri üzərində düşmən tərəfindən insanlığa sığmayan hərəkətlər edilib. Bununla dünya ermənilərin nə qədər vəhşi millət olduğunu gördü. Dünya bir daha gördü ki, Azərbaycan xalqı dünyanın ən vəhşi milləti ilə qonşudur və mübarizə aparır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB