Niyaməddin Orduxanlı: “Əli Kərimlinin bir adı var milli SATQIN!” AÇIQLAMA

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin hal-hazırkı fəaliyyəti birbaşa erməni milli maraqlarına xidmət edir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

BAXCP rəsmisinin sözlərinə görə, Əli Kərimlinin Azərbaycan ordusu ilə bağlı və ya Qarabağda gedən üç günlük döyüşlərlə bağlı verdiyi bəyanatlar, açıqlamalar Ermənistan dövlətinin, ermənilərin milli maraqlarına xidmət etməmiş olsa idi, bunu öz medialarına ölkənin bir nömrəli xəbərinə çevirərdilər? Əlbəttə ki, yox: " Düşünürəm ki, Əli Kərimli təsadüfən bu cür bəyanatlar vermir. Onu buna sövq edən qurumlar var. Bu qurumlar Azərbaycan milli maraqlarına zərbə vuran və birbaşa erməni diasporasına xidmət edən təşkilatlardı".

N.Orduxanlı əlavə edib ki, Azərbaycan ordusunun son 20 ildə apardığı ən parlaq qələbəyə kölgə salan Əli Kərimlinin bir adı var milli SATQIN: "Bu milli satqına etirazların olması da təbii qarşılanmalıdır. Bu adam indiyə kimi öz liderinə, dostlarına, yaxınlarına xəyanət etmişdi. Bu gün isə Əli Kərimli Vətəninə xəyanət etdiyini göstərdi. Belə bir adama ar olsun deməkdən başqa söz tapmaq olmur".

Bütün xəbərlər Facebook səhifəmizdə