Qohumları Əli Kərimliyə qarşı çıxdılar ETİRAZ - FOTOLAR-VİDEO

Qohumları Əli Kərimliyə qarşı çıxdılar ETİRAZ - FOTOLAR-VİDEO

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evi qarşısında daha bir etiraz aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiyada Ə.Kərimlinin qohumları iştirak ediblər.

AXCP sədrinin əmisi oğlanları və digər qohumları onun anti-Azərbaycan fikirlərinə etirazlarını ifadə ediblər. Etirazçılar "Əli Kərimli, düşmən baltasına sap olma!", "Nəslimizin çörəyi sənə haram olsun!" kimi şüarlar səsləndiriblər.

Jurnalistlərə açıqlama verən Ə.Kərimlinin bir neçə qohumu onun əməllərini pisləyib.

Nuhəli Kərimov - Əli Kərimlinin əmisi oğlu:

- Kərimovlar nəslinin ağsaqqalı kimi Əli Kərimovun ermənipərəst siyasətə xidmət etməsinə etiraz edirəm. Onun əməlləri bizi narahat edir. Ə.Kərimlinin hərəkətləri nəslimizin ünvanına ləkə gətirir. Buna görə onun yaxın qohumları evinin qarşısına yığışıb etiraz edir. Ə.Kərimli bu əməllərindən əl çəksin. O, niyə dövlətimizin nailiyyətləri, uğurları, hərbçilərimizin qazandıları qələbələrə ləkə yaxmağa çalışır?! Əli Kərimov düşmən təsirində olan qüvvələrin yazdıqlarını dəstəkləyir. Ona səslənirik ki, əl çəksin bu siyasətsən. O nə bilir siyasət nədir?

Rəfael Kərimov, əmisi oğlu:

- Biz istəyirik ki, Əli Kərimli ermənipərəst qüvvələrin təsiri altında olmasın, Prezidentimizə dəstək olsun. Ə.Kərimovun maraqları düşmən qüvvələrin maraqları üst-üstə düşməsin.

Ağaverdi Şəmmədov, Əli Kərimlinin əmisi oğlu:

- Biz Prezident İlham Əliyevin daxili və xarici siyasətini, hərbçilərimizin qələbələrini dəstəkləyirik. Biz Prezidentimizin yanındayıq. Əli Kərimovun Azərbaycana qarşı əməllərini pisləyir və ona etiraz edirik. O atdığı addımlardan peşman olacaq.

Etirazçılar Ə.Kərimlini öz kəndinə qayıtmağa səsləyiblər. Onlar AXCP sədrinin anti-Azərbaycan əməllərini dayandırmağını tələb ediblər.

Sonda polis əməkdaşlarının müdaxiləsindən sonra aksiya dağılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə