Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Məzahir Pənahov yenidən qurumun sədri seçilib.
İclasda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Aparat rəhbəri Səfa Mirzəyev də iştirak ediblər.
Həmçinin iclasda Natiq Məmmədov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə Komissiyanın katibləri seçiliblər.
Qeyd edək ki, bugün Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib. Yeni tərkibə Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimov, Tofiq Həsənov, Almas Qəhrəmanlı və İlkin Şahbazov daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB